Müqəddəs Taxt-Tacın katibi Bakıda Müqəddəs Messaya başçılıq edib - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
dek
2024
16:00
0
0
1 760
ff

Müqəddəs Taxt-Tacın katibi Bakıda Müqəddəs Messaya başçılıq edib - FOTO

15 dek, 2024
16:00
1 760

Müqəddəs Taxt-Tacın katibi Bakıda Müqəddəs Messaya başçılıq edib - FOTO

Müqəddəs Taxt-Tacın Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager Bakının əsas katolik kilsəsində - Müqəddəs Məryəm Katolik Kilsəsində keçirilən Müqəddəs Messaya başçılıq edib.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakıda katoliklərin Milad bayramını qeyd etməyə hazırlaşdığı kilsə ilinin xüsusi dövründə - Adventin III Bazar günündə Müqəddəs Messa mərasimi keçirilib.

Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsiosu arxiyepiskop Marek Solçinski və Bakı Müqəddəs Məryəm Katolik Kilsəsinin ruhaniləri mərasimdə iştirak ediblər.

Arxiyepiskop Qallager xütbə ilə müraciət edib.

Bizimlə əlaqə saxlayın

×
×