NBC: Pentaqon rəhbəri istefa verə bilər
sizinxeber.az xəbər saytı

NBC: Pentaqon rəhbəri istefa verə bilər


ABŞ-nin müdafiə naziri Pit Heqset gələn il Tennessi ştatının qubernatorluğuna namizədliyini irəli sürməyi düşünür. Bunun üçün o, Pentaqonun rəhbəri vəzifəsini tərk etməli olacaq.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə NBC News öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Heqset son üç həftə ərzində seçki kampaniyasına başlamaq imkanlarını ciddi şəkildə müzakirə edir.

Bununla belə, Pentaqonun qaydalarına görə, qubernator postuna namizəd olmaq üçün Heqset müdafiə naziri vəzifəsini tərk etməli olacaq. Bu, ABŞ Müdafiə Nazirliyinin rəhbərliyində ən böyük dəyişiklik olacaq.

Pentaqonun mətbuat katibi Şon Parnell telekanala verdiyi şərhdə bu məlumatı təkzib edib: “İki mümkün variant var: ya kanalın mənbələri uydurmadır, ya da onların müxbirlərilə oyun oynayıblar”.

Oxşar xəbərlər

Pentaqon rəhbəri istefa verə bilər
ABŞ-də Senat Pentaqonun yeni rəhbərini təsdiqləyib
Pit Heqset Pentaqonun rəhbəri vəzifəsinə başlayıb
Senat Pit Heqseti Pentaqonun rəhbəri vəzifəsinə təsdiqləyib
Pentaqonun yeni rəhbəri müharibələrin qarşısını alacağına, onları aparmayacağına söz verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle