Pit Heqset Pentaqonun rəhbəri vəzifəsinə başlayıb
ABŞ vitse-prezidenti Ceyms Devid Vens Pit Heqseti Pentaqonun yeni rəhbəri kimi and içdirib.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat qrupu jurnalistləri tərəfindən yayılan məlumatda bildirilib.
ABŞ vitse-prezidenti vurğulayıb ki, Pentaqonun yeni rəhbəri döyüş əməliyyatlarında iştirak edən amerikalı hərbçilər arasında hörmət qazanıb.
Xatırladaq ki, ABŞ Konqresinin Senatı cümə günü Heqseti müdafiə naziri vəzifəsinə təsdiq edib. Yuxarı palatada onun namizədliyi ilə bağlı səslər bərabər bölündüyü üçün Vens öz səs vermək hüququndan istifadə edib. O, ABŞ Konstitusiyasına əsasən Konqresin yuxarı palatasına sədrlik edir.
Onun sözlərinə görə, Donald Trampın yeni administrasiyası dövründə ABŞ Silahlı Qüvvələri Arktika və Alyaskaya prioritet diqqət yetirəcək. Heqset hesab edir ki, ABŞ NATO ölkələrində öz nüvə silahlarının mövcudluğunu qorumalıdır, bu, ABŞ-nin Avropadakı müttəfiqləri ilə “vacib əlaqə” rolunu oynayır. Onun fikrincə, Rusiya, Çin, İran və Şimali Koreyanın hərəkətləri dünyada ABŞ-nin təsirini zəiflətmək üçün birgə yanaşmalarını göstərir.
44 yaşlı Heqset ABŞ Silahlı Qüvvələrinin veteranı, döyüş əməliyyatlarının iştirakçısıdır. O, quru qoşunlarının mayoru rütbəsinə və döyüş ordeninə malikdir. O, zabit rütbəsini doğma Minnesota ştatının Milli Qvardiyasında xidmət etməklə əldə edib. Heqset səkkiz il Fox News telekanalında çalışıb. O həmçinin bir neçə kitabın müəllifidir və veteran hüquqlarının müdafiəsi üzrə iki təşkilata rəhbərlik edib. Prinston və Harvard universitetlərində təhsil alıb.
Oxşar xəbərlər
Senat Pit Heqseti Pentaqonun rəhbəri vəzifəsinə təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də Senat Pentaqonun yeni rəhbərini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Con Retkliff MKİ direktoru kimi and içib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin yeni vitse-prezidenti əməliyyat olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












