KİV: Niderland İsraili milli təhlükəsizlik təhdidləri siyahısına əlavə edib
Niderland hökuməti ilk dəfə İsraili krallığın milli təhlükəsizliyinə təhdid yaratdığına inandıqları ölkələr sırasına daxil edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti Niderlandın Terrorla Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinatorunun (NCTV) “Üçüncü ölkə təhdidlərinin qiymətləndirilməsi-2025” hesabatına istinadən yazıb.
Bu sənədə əsasən, yəhudi dövləti xaricdə, o cümlədən Niderlandda siyasətə və ictimai rəyə təsir göstərməyə cəhd edir. Bu, hesabat müəlliflərinin fikrincə, Niderlandın demokratik institutları üçün təhlükə yarada bilər.
Hesabatın beynəlxalq institutların işinə xarici müdaxiləyə həsr olunmuş ayrıca bölməsində ABŞ ilə yanaşı, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) və Beynəlxalq Ədalət Məhkəməsinə ictimai təzyiq göstərən ölkə kimi İsrail də xatırlanır.
NCTV-nin hesabatı iyulun 17-də dərc olunub. Nəşrin qeyd etdiyi kimi, İsrail hakimiyyəti hələlik sənəddə yer alan məlumatlara rəsmi münasibət bildirməyib.
Oxşar xəbərlər
KİV: Niderland Ukraynadan gələn üçüncü ölkə vətəndaşlarını öz ərazisindən çıxara bilər
BMT İsrail və “Hizbullah”a çağırış edib
İsrail səfiri Niderland XİN-ə çağırılıb
Niderland Ukraynaya “F-16” tədarükü ilə bağlı öhdəliklərinə sadiqdir
Niderlandın Baş naziri Aİ miqrasiya nəzarətini gücləndirməyə çağırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
