KİV: Niderland Ukraynadan gələn üçüncü ölkə vətəndaşlarını öz ərazisindən çıxara bilər
Niderland hakimiyyəti Ukraynadan gələn 1700-ə yaxın üçüncü ölkə vətəndaşını öz ərazisindən çıxara bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə NU portalı Niderlandın Dövlət Şurasının qərarına istinadən məlumat yayıb.
Dövlət Şurası qərara alıb ki, krallığın miqrasiya orqanları Ukraynadan gələn üçüncü ölkə vətəndaşlarının qəbulunu dayandırmaq və Ukrayna vətəndaşlığı olmayan qaçqınları ölkədən çıxarmaq hüququna malikdir. Portalın qeyd etdiyi kimi, onların çoxu münaqişə başlamazdan əvvəl Ukraynada işləmiş və ya təhsil almış əcnəbi vətəndaşlardır.
Avropa Ədalət Məhkəməsi də əvvəllər qərar verib ki, Aİ ölkələri bu qrup insanlara sığınacaq verilməsini vaxtından əvvəl ləğv edə bilər. Eyni zamanda, Miqrasiya və Sığınacaq Naziri Marjolijn Faber 2024-cü ildə üçüncü ölkə vətəndaşlığı olan ukraynalı qaçqınların Niderlanddan çıxarılmasının tərəfdarı olub.
Niderlandın İmmiqrasiya və Naturalizasiya Xidmətinin məlumatına görə, ölkədə Ukraynadan gələn 1700-ə yaxın üçüncü ölkə vətəndaşı var. Onların ölkəni nə vaxt tərk etməli olacaqları hələ də bəlli deyil.
Oxşar xəbərlər
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib
Ukraynadan Avropa İttifaqına 4,2 milyon qaçqın gedib
Latviya ukraynalı qaçqınların yerli dili öyrənməsinə 4,7 milyon avro xərcləyəcək
ABŞ Ukraynadan olan miqrasiya müraciətlərinin baxılmasını dayandırıb
Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
