İsrail səfiri Niderland XİN-ə çağırılıb
İsrail səfiri Qəzza zolağında humanitar yardım konvoyuna hücumla bağlı izahat vermək üçün Niderland Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Report” xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp “X” sosial şəbəkəsində yazıb.
"Mənim xahişimlə bu gün səhər İsrail səfiri Qəzza sektorunda narahatlıq doğuran hadisələr, o cümlədən humanitar konvoya hücumla bağlı izahat vermək üçün çağırılıb. Niderland İsrailin təhlükəsizliyi, bütün girovların qaytarılması və fələstinlilərin ciddi humanitar ehtiyaclarının təmin edilməsinin tərəfdarıdır", - o bildirib.
Bir sıra KİV-in məlumatına görə, sözügedən hadisə aprelin 2-də baş verib. İsrail ordusu Fələstin anklavında “World Central Kitchen” humanitar təşkilatının maşınına zərbə endirib. Nəticədə yeddi nəfər, o cümlədən bir neçə xarici vətəndaş həlak olub.
Oxşar xəbərlər
Türkiyə XİN: İsrail Qəzzadakı atəşkəsin davamlılığının təmin olunmasının qarşısını alır
İsrail və BƏƏ-nin XİN başçıları Əbu-Dabidə görüşüblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
