KİV: Yaponiyada üç PUA AES-in məhdud hava məkanına daxil olub
sizinxeber.az xəbər saytı

KİV: Yaponiyada üç PUA AES-in məhdud hava məkanına daxil olub


Yaponiyada naməlum üç pilotsuz təyyarə ölkənin cənub-qərbindəki Küsu adasındakı “Genkay” AES-in üzərindəki məhdudlaşdırılmış hava məkanına daxil olub.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Atom elektrik stansiyasının sahibi olan “Kyushu Electric Power” enerji şirkəti dronlar barədə səlahiyyətlilərə məlumat verib. Pilotsuz təyyarələr heç bir ziyan vurmayıb, atom elektrik stansiyası normal işləyir. Polis dronları axtarır.

Yaponiyada xüsusi icazə olmadan mühüm infrastruktur obyektlərinin, o cümlədən atom elektrik stansiyalarının üzərində pilotsuz nəqliyyat vasitələrinin hava məkanına buraxılması qadağandır.

Oxşar xəbərlər

Yaponiyada beş gün əvvəl işə salınan AES bağlanacaq
Yaponiyada ilk dəfə 50 ildən çox yaşı olan AES-in istismarına icazə verilib
Yaponiyada 2011-ci ildən bəri ilk AES tikilə bilər
Rusiya Çernobıl Atom Elektrik Stansiyasının sığınacağına PUA zərbəsi endirib - VİDEO
Yaponiyada atom elektrik stansiyalarının yanında çadırlar qurulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər