Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb
ABŞ prezidenti Donald Tramp yenidən külək enerjisini tənqid edib, Avropanın külək enerjisi qurğularından imtina etməli olduğunu bildirib.
"Report"un məlumatına görə, o, bunu Şotlandiyanın paytaxtı Qlazqo şəhərində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, külək turbinləri "gözəl çölləri və vadiləri məhv edir və quşları öldürür". "Siz öz ölkələrinizi məhv edirsiniz", - deyə Tramp əlavə edib.
Prezident dəfələrlə külək enerjisinə qarşı çıxış edib. Əvvəllər o, "Trump Organisation" obyektlərinin yaxınlığında külək turbinlərini görmək istəmədiyini bildirib.
Qeyd edək ki, Trampın övladlarının idarə etdiyi şirkət əvvəllər ona məxsus olan Aberdinşirdəki (Şotlandiya) qolf klubunun yaxınlığında külək parkının tikilməsi ilə bağlı məhkəmə prosesini uduzub. İddiada turbinlərin qolf oyunçuları üçün mənzərəni korladığı bildirilirdi.
Şotlandiyaya səfəri zamanı Tramp Aberdinşirdəki qolf klubunu (rəsmi açılışı avqustun 13-nə planlaşdırılır - red.), həmçinin ailəsinə məxsus olan Ternberri yaxınlığındakı digər klubu ziyarət etməyi planlaşdırır.
Oxşar xəbərlər
ABŞ Günəş və külək enerjisi subsidiyalarının verilməsini dayandırır
“ACWA Power” külək elektrik stansiyasında quraşdırılacaq turbinlərin pərlərini Azərbaycana gətirib
Tramp sui-qəsd cəhdindən sonra iqamətgahına qayıdıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
-
Cənubi Koreyada "Miron" helikopterlərinin istismarı dayandırılıb
