Tramp sui-qəsd cəhdindən sonra iqamətgahına qayıdıb
ABŞ-nin keçmiş rəhbəri, prezidentliyə namizəd Donald Tramp qolf klubunun yaxınlığında atışmadan sonra Floridadakı iqamətgahına qayıdıb.
Bu barədə “Sizinxeber.az” “Associated Press”ə istinadən xəbər verir.
Məlumata görə, Tramp təhlükəsiz şəkildə şəxsi iqamətgahına dönüb.
Bundan əvvəl ABŞ-nin vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Donald Trampın yerləşdiyi ərazidə atışma barədə ona məlumat verildiyini təsdiqləyib.
Sentyabrın 15-də Trampın olduğu yerin yaxınlığında atışma baş verib. Eyni zamanda, Nümayəndələr Palatasını üzvü Marjori Teylor Qrin bəyan edib ki, Trampa qarşı növbəti sui-qəsd cəhdi də ola bilər. Daha sonra məlum olub ki, Trampın olduğu yerin yaxınlığında atışma Tramp West Palm Beach qolf meydançasından kənarda baş verib. Atışmada iki nəfərin iştirak etdiyi qeyd edilib.
“The New York Post” aydınlaşdırıb ki, atışma Trampa yönəlməyib, hücum edənlər bir-birini nişan alıblar. Atışmada şübhəli bilinən şəxs saxlanılıb.
Oxşar xəbərlər
FTB: Trampın yaxınlığındakı atışma sui-qəsd cəhdidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trampa qarşı sui-qəsdə cəhd edən şəxs saxlanılıb - YENİLƏNİB2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məxfi Xidmətin əməkdaşı Trampın yaxınlığında silahlı şəxsi güllələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məxfi Xidmətin əməkdaşı Trampın yanında silahlı şəxsi güllələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












