Aİ Şurası Cibuti Silahlı Qüvvələrinə dəstək məqsədilə 10 milyon avro ayırıb
Avropa İttifaqı Şurası (Aİ) Avropa Sülh Mexanizmi (EPF) çərçivəsində Cibuti Silahlı Qüvvələrinə dəstək məqsədilə 10 milyon avro dəyərində yardım ayırıb.
"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu ilk yardım Birləşmiş Millətlər Təşkilatının "Dəniz Hüququ haqqında" Konvensiyasına (UNCLOS) uyğun olaraq Cibutinin suverenliyi və hüquqlarını qorumaq, həmçinin Qırmızı dənizdə təhlükəsizliyi gücləndirmək üçün Cibuti Silahlı Qüvvələrinin müdafiə qabiliyyətini artırmağa yönəlib.
"Bu baxımdan EPF çərçivəsində göstərilən dəstək Aİ-nin Qırmızı dənizdəki ümumi təhlükəsizlik və müdafiə siyasəti əməliyyatlarını tamamlayaraq Cibutinin dəniz məkanına dair məlumatlılığı artıracaq".
Oxşar xəbərlər
AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb
Cibuti sahillərində iki miqrant qayığı batıb, 45 nəfər ölüb
Aİ Fələstin hökumətinə məmurların maaşlarının ödənilməsi üçün 43 milyon avro ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
Cənubi Koreyada "Miron" helikopterlərinin istismarı dayandırılıb
