Aİ səkkiz İran vətəndaşına və bir təşkilata insan haqlarını pozduğuna görə sanksiya tətbiq edib
Avropa İttifaqı (Aİ) Şurası insan haqlarının pozulması və transsərhəd repressiyalara görə səkkiz İran vətəndaşına və bir təşkilata qarşı sanksiya tətbiq edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşünün yekunları üzrə Aİ Şurasının qəbul etdiyi bəyanatda deyilir.
Transsərhəd repressiya termini digər ölkələrdə, o cümlədən Aİ-də İran müxalifətçilərinin təqib edilməsini nəzərdə tutur.
Sanksiya siyahısına İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (MOIS) ilə əlaqəsi olan və İran müxalifətinin və rejim tənqidçilərinin qətli də daxil olmaqla, çoxsaylı transsərhəd repressiya aktlarında iştirak edən “Zindəşti şəbəkəsi” qruplaşması daxil edilib. “Qara siyahı”ya bu şəbəkənin lideri Naci İbrahim Şərifi-Zindəşti və onun bir sıra üzvləri, həmçinin İran hökumətini tənqid edən jurnalistləri öldürmək əmri verən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələrindən birinin komandiri Məhəmməd Ənsari və MOIS kəşfiyyatının əməkdaşlarından biri, nazirliyin tapşırığı ilə həyata keçirilən Zindəştinin əməliyyatlarını kurasiya edən Reza Həmidravari düşüb. Yeni sanksiyalar siyahısına daxil edilmiş bütün şəxslərin aktivləri dondurulacaq. Onları birbaşa və ya dolayısı ilə hər hansı maliyyə vəsaiti və ya iqtisadi vəsaitlə təmin etmək qadağandır. Siyahıda olan şəxslərin Aİ-yə girişi də qadağan edilib.
Oxşar xəbərlər
ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq edib
ABŞ “İran Air”ə qarşı sanksiya tətbiq edib
ABŞ İranın 12 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
ABŞ İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
