Dünya Bankı Ukraynada istilik sistemini dəstəkləmək üçün əlavə 116 milyon dollar ayıracaq
Dünya Bankı URC-2025 zamanı Xarkov və Ukraynanın digər altı şəhərinin isitilməsinin dəstəklənməsi üçün 116 milyon dollar qrant maliyyələşdirməsi elan etməyi planlaşdırır.
“Report”un “İnterfaks-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bu barədə Şərqi Avropa üçün İnfrastruktur və Davamlı İnkişaf Proqramının rəhbəri Sevara Melibayeva bildirib.
“URC-də biz İcma və Ərazilərin İnkişafı Nazirliyi ilə birlikdə istilik sektoruna, eləcə də daha altı şəhərə dəstək vermək üçün Xarkova əlavə 116 milyon dollar qrant maliyyəsi təqdim edərək dəstəyin genişləndirilməsini elan edəcəyik”, - o Romada keçirilən URC-2025-də Ukraynada enerji dayanıqlığına və bərpasına sərmayə qoyuluşu ilə bağlı panel müzakirəsi zamanı deyib.
Melibayeva əlavə edib ki, 2025-ci ilin dekabr ayında Dünya Bankının yardımı ilə artıq Xarkova ümumi gücü təxminən 60 MVt olan 12 mobil kogenerasiya qurğusu və 200 MVt gücündə konteyner qazanxanası gətirilib.
O, bunu əhalinin tələbatını ödəmək üçün alternativ adlandırıb, çünki iri istilik elektrik stansiyaları hazırda təmirdən kənardadır. (Rusiya Federasiyasının hücumlarından sonra - red.).
Oxşar xəbərlər
Dünya Bankı Ukraynaya 432 milyon dollar ayıracaq
ABŞ Ukraynaya təxminən 300 milyon dollar ayıracaq
Dünya Bankı Ukraynaya 454 milyon dollar ayıracaq
Dünya Bankı Bakının davamlı inkişaf layihəsinin hazırlanması üçün 2 milyon dollar ayırıb
Dünya Bankı Ukraynaya daha 600 milyon dollar vəsait ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
