Dünya Bankı Bakının davamlı inkişaf layihəsinin hazırlanması üçün 2 milyon dollar ayırıb
Dünya Bankı Azərbaycan hökumətinə Bakıda şəhər mühitinin keyfiyyətinin, təbii fəlakətlərə davamlılığın və infrastrukturun iqlim risklərinə qarşı dayanıqlılığının yaxşılaşdırılması üzrə "Livable Baku" layihəsinin hazırlanması üçün 2 milyon ABŞ dollarına qədər qrant ayırıb.
“Report” Dünya Bankına istinadən xəbər verir ki, vəsait Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankının struktur bölməsi) xətti ilə təqdim edilib.
Qrant texniki-iqtisadi əsaslandırmanın hazırlanması, çirklənmiş təbii göllərin rekultivasiyası üzrə tədqiqat, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, bərk tullantıların idarə edilməsi obyektlərinin (poliqonlar, tullantıların daşınma stansiyaları) layihələndirilməsi üçün təqdim edilir.
Layihəyə hazırlıq çərçivəsində, həmçinin ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır.
Qrant konsaltinq, təlim, əməliyyat xərclərini əhatə edir və vergilər də daxil olmaqla xərclərin 100 %-nin maliyyələşdirilməsini nəzərdə tutur.
Texniki yardımın müddəti 2026-cı il dekabrın 31-nə qədərdir. Layihənin icraçısı Azərbaycanın İqtisadiyyat Nazirliyidir.
Oxşar xəbərlər
Dünya Bankı Qazaxıstanda karbon bazarının inkişafı üçün 4,8 milyon dollar ayırıb
ABŞ və Dünya Bankı Ukraynaya 485 milyon dollar ayırıb
Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək
Dünya Bankı Ukraynaya 432 milyon dollar ayıracaq
Şmıqal: "ABŞ Ukraynaya 3,9 milyard ABŞ dolları məbləğində qrant ayırıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












