Dünya Bankı Ukraynaya 432 milyon dollar ayıracaq
sizinxeber.az xəbər saytı

Dünya Bankı Ukraynaya 432 milyon dollar ayıracaq


Dünya Bankı DRIVE “Ukraynada həssas mühitlərdə dayanıqlı infrastrukturun yaradılması” layihəsi çərçivəsində ölkənin nəqliyyat infrastrukturunun bərpasına 432 milyon ABŞ dolları ayıracaq.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal özünün teleqram kanalında məlumat verib.

“Ukrayna nəqliyyat infrastrukturunun bərpası üçün Dünya Bankından 432 milyon ABŞ dolları alacaq. DRIVE layihəsi çərçivəsində müvafiq sazişlər bu gün Kiyevdə İnkişaf Nazirliyi ilə Dünya Bankı arasında imzalanıb”, - o yazıb.

Şmıqalın sözlərinə görə, layihə ölkənin 19 regionunda yolların və körpülərin əsaslı təmirini, avtomobil yollarının modernləşdirilməsini, modul körpülərin quraşdırılmasını, həmçinin texniki yardımı nəzərdə tutur. Onu Ukraynanın İnfrastrukturun Bərpası və İnkişafı üzrə Dövlət Agentliyi həyata keçirəcək.

Baş nazir vəsaitin Ukrayna büdcəsinə nə vaxt köçürüləcəyini açıqlamayıb.

Oxşar xəbərlər

Dünya Bankı Ukraynaya 454 milyon dollar ayıracaq
ABŞ və Dünya Bankı Ukraynaya 485 milyon dollar ayırıb
Dünya Bankı Ukraynaya daha 600 milyon dollar vəsait ayıracaq
ABŞ Ukraynaya təxminən 300 milyon dollar ayıracaq
Şmıqal: "ABŞ Ukraynaya 3,9 milyard ABŞ dolları məbləğində qrant ayırıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər