Dünya Bankı Ukraynaya daha 600 milyon dollar vəsait ayıracaq
sizinxeber.az xəbər saytı

Dünya Bankı Ukraynaya daha 600 milyon dollar vəsait ayıracaq


Ukrayna Dünya Bankı ilə 600 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb ki, bu da yeni maliyyə dəstəyi proqramı çərçivəsində ayrılacaq.

“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkənin Baş naziri Denis Şmıqalın teleqramına istinadən məlumat yayıb.

Baş nazirin sözlərinə görə, proqramın başlanması barədə apreldə Vaşinqtonda keçirilmiş “Spreing Meetings” görüşləri zamanı razılaşma əldə olunmuşdu. Bu gün isə Ukraynanın maliyyə və iqtisadiyyat nazirlikləri Dünya Bankı ilə müvafiq sazişləri imzalayıblar.

Söhbət kiçik və orta biznesin dəstəklənməsi, “yaşıl” keçid, biznes mühitinin yaxşılaşdırılması, rəqəmsallaşma və yeni bazarlara çıxışın asanlaşdırılması məqsədi daşıyan yeni “Dayanıqlı, İnklüziv və Ekoloji Dayanıqlı Sahibkarlıq” (RISE) layihəsindən gedir.

Qeyd edilir ki, layihə 2027-ci ilə qədər nəzərdə tutulub, proqramın ümumi planlaşdırılan məbləği isə 1 milyard dollardan çoxdur.

Oxşar xəbərlər

Şmıqal: "ABŞ Ukraynaya 3,9 milyard ABŞ dolları məbləğində qrant ayırıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı Livana 100 milyon dollar yardım ayıra bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Ukraynaya 100 milyon dollarlıq kredit ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cennifer Sara: "Dünya Bankı bu il maliyyəsinin 45 %-ni iqlim dəyişikliyi ilə mübarizəyə ayıracaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər