KİV: Qəzzada atəşkəs razılaşmasına ABŞ zəmanətləri daxil olacaq
Qəzzada atəşkəs razılaşması ABŞ-nin İsrail və HƏMAS-ın hərbi əməliyyatları bərpa etməyəcəyinə dair zəmanətini ehtiva edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Sky News Arabia” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Qəzzada atəşkəs sazişi layihəsi İsrail qoşunlarının yenidən yerləşdirilməsi və sonradan anklavdan çıxarılmasını nəzərdə tutur.
"Qəzza razılaşması ABŞ-nin 60 günlük atəşkəs müddətində və ya ondan sonra hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərini ehtiva edir. Bundan əlavə, Qəzza atəşkəs razılaşması İsrail Ordusunun geri çəkilməyə hazırlıq məqsədilə yenidən yerləşdirilməsinə dair razılaşdırılmış planı da əhatə edəcək", - məlumatda deyilir.
Oxşar xəbərlər
KİV: Qəzzada atəşkəs razılaşması təhlükə altındadır
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək
KİV: Qəzzada atəşkəs razılaşması əldə olunub
HƏMAS: Qəzzada atəşkəs pozula bilər
İsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













