Dövlət Departamenti: Rusiya-Ukrayna münaqişəsi yalnız razılaşmalar yolu ilə həll oluna bilər
ABŞ-da Rusiya və Ukrayna arasında münaqişə ilə bağlı qərarları yalnız prezident Donald Tramp verəcək, Vaşinqton isə hesab edir ki, münaqişə yalnız razılaşmalar yolu ilə həll oluna bilər.
“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə deyib.
“Yalnız prezident Tramp Rusiya və Ukrayna arasındakı münaqişəsinin necə davam edəcəyinə qərar verə bilər”, - Dövlət Departamentinin sözçüsü bildirib.
Onun sözlərinə görə, ABŞ Moskva ilə Kiyev arasında danışıqları diqqətlə izləyir və prosesin özündən getmir: “Bu münaqişənin sona çatmasının yeganə yolu iki tərəfin görüşüb hansısa razılaşmaya gəlməsidir”.
ABŞ prezidentinin niyə davam edən hərbi əməliyyatlara baxmayaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməməsi ilə bağlı suala Bryus belə cavab verib: “Donald Tramp yəqin ki, vəziyyətin mahiyyəti haqqında sizdən və məndən bir az daha çox bilir”.
Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, istənilən danışıqlar prosesi çox çətindir və onun gedişi ilə bağlı bütün məlumatlar mətbuata açıqlanmır.
Oxşar xəbərlər
Dövlət Departamenti: ABŞ-da Rusiya-Ukrayna məsələsinə dair qərarları yalnız Tramp verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti: Rusiya-Ukrayna danışıqlarının uzanmayacağını gözləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında birbaşa danışıqları dəstəkləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Bir neçə gündə Moskva və Kiyevlə münaqişənin həllində irəliləyiş əldə etmişik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubionun Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlarda iştirakı təkzib olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













