Ərdoğan: Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
sizinxeber.az xəbər saytı

Ərdoğan: Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq


Bölünmüş Kipr problemi nəhayətində adada iki suveren dövlətin yaradılması prinsipləri əsasında həll olunacaq.

Sizinxeber.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 mayda Şimali Kiprə səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

"Biz Kipr Türk Cümhuriyyəti Prezidenti Ersin Tatar tərəfindən irəli sürülən iki dövlət əsasında həll prinsipini bütün gücümüzlə dəstəkləyirik. Bu məsələdə töhfə verməyə və konstruktiv yanaşma nümayiş etdirməyə davam edəcəyik. 17–18 mart tarixlərində BMT-nin himayəsi altında Cenevrədə geniş tərkibdə keçirilən qeyri-rəsmi görüşdə qərar verildiyi kimi, Kipr türkləri gec-tez adada suveren bərabərliklərini və bərabər beynəlxalq statuslarını qeydiyyatdan keçirəcəklər", – Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə bu yolda Şimali Kipr Türk Cümhuriyyətinin hər zaman yanında olacaq: "Biz ədalətli, daimi, davamlı və reallıqlara əsaslanan bir həll istəyirik. Bölgəmizdə baş verən hadisələr də bu reallığın artıq qəbul edilməsinin zəruri olduğunu göstərir. Artıq hər kəs anlamalıdır ki, adada iki xalq və iki dövlət mövcuddur".

O əlavə edib ki, Ankaranın Kipr türklərinə və onların müstəqil dövlətinə dəstəyi davamlıdır və Türkiyə Şimali Kiprin təhlükəsizliyinin zəmanətçisidir.

Oxşar xəbərlər

Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb
Ersin Tatar adada keçirilən aksiyalar barədə: “Əsla icazə verməyəcəm”
Ersin Tatar Türk dövlətlərini ŞKTC-ni tanımağa, TDT-yə üzv qəbul etməyə çağırıb
Ərdoğan: Ersin Tatarın Şuşada TDT-nin Zirvə görüşünə qatılması son dərəcə anlamlı oldu
Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini tanıdılması ilə bağlı tədbir keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər