Ersin Tatar adada keçirilən aksiyalar barədə: “Əsla icazə verməyəcəm”
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar adada son dövrlərdə keçirilən etiraz aksiyalarına dair yazılı açıqlama verib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Prezident Tatar bildirib ki, ölkədəki daxili mübahisələri istifadə edərək Kipr Türk xalqını bölmək və ana vətən Türkiyəyə qarşı çıxmaq istəyənlər var. O, Kipr Türk xalqının milli və mədəni kimliyinin əhəmiyyətini vurğulayaraq, Türkiyə ilə olan ayrılmaz bağların da eyni dərəcədə vacib olduğunu qeyd edib.
Tatar, Türkiyənin hər zaman Kipr Türk xalqının və dövlətinin maraqlarını müdafiə etdiyini və lazım gəldikdə hər cür addımı atmaqdan çəkinmədiyini ifadə edib. O, xüsusilə su təchizatı layihəsi, sağlamlıq, təhsil, yol və infrastruktur layihələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşviqi və səylərinin olduğunu vurğulayıb.
Prezident Tatar, adada 50 ildən artıq bir müddətdir sülh içində yaşanmasının səbəbinin qəhrəman Türk ordusu olduğunu qeyd edib. O, Kipr Türk xalqının daha güclü və zəngin bir gələcək üçün çalışdığını və bu məqsədə çatmaq üçün birlik və bütövlüyün qorunmasının, Türkiyə ilə olan bağların güclü olmasının vacibliyini vurğulayıb.
Tatar, heç kimin və ya heç bir partiyanın keçici və sözdə siyasi üstünlük uğrunda bu tarixi hədəflərə zərər verə bilməyəcəyini və Prezident olaraq buna əsla icazə verməyəcəyini bildirib.
Oxşar xəbərlər
Ersin Tatar Türk dövlətlərini ŞKTC-ni tanımağa, TDT-yə üzv qəbul etməyə çağırıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Ersin Tatar Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Ersin Tatar Türkiyədə səfərdədir
Ersin Tatar: Azərbaycan hər zaman Şimali Kiprin yanında olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












