Fransa 2026-cı ildəki büdcə kəsiri səbəbilə 40 milyard avro qənaət etməli olacaq
sizinxeber.az xəbər saytı

Fransa 2026-cı ildəki büdcə kəsiri səbəbilə 40 milyard avro qənaət etməli olacaq


Fransa 2026-cı ildəki büdcə kəsiri səbəbilə 40 milyard avroya qədər qənaət etməli olacaq.

APA xəbər verir ki, bunu Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombard "BFM TV"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Fransa hökuməti büdcə kəsirini 2026-cı ilə qədər ÜDM-in 4,6%-nə endirməyi planlaşdırır.

“Hazırda dövlət borcumuz 3 trilyon avronu keçib və hər il kreditorlara daha çox vəsait ödəmək məcburiyyətindəyik. Bu səbəbdən büdcə kontekstində artıq fövqəladə vəziyyətlə üz-üzəyik”, – Lombard qeyd edib.

Nazir deyib ki, Fransa hökuməti 2024-cü ildə kreditorlara 50 milyard avrodan çox vəsait ödəyib, cari ildə bu məbləğ 70 milyard avronu keçəcək.

Oxşar xəbərlər

Fransa 2026-cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək
Fransa Ukraynaya tranşları azaltdığını açıqlayıb
Fransa büdcə kəsiri səbəbindən Ukraynaya xərclərini azaldacaq
Fransanın baş naziri ölkənin borcunun 3 trilyon avronu keçdiyini bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər