Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək
sizinxeber.az xəbər saytı

Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək


Rusiyanın federal büdcə kəsiri 2025-ci ildə 1,173 trilyon rubl (təxminən 11 milyard ABŞ dolları), 2026-cı ildə 2,181 trilyon rubl, 2027-ci ildə isə 2,761 trilyon rubl təşkil edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış 2025-ci il və 2026-2027-ci illər planı dövrü üçün federal büdcə haqqında qanunda qeyd olunub.

Sənədə görə, federal büdcənin gəlirləri 2025-ci ildə 40,296 trilyon rubl (təxminən 680 milyard manat), 2026-cı ildə 41,84 trilyon rubl və 2027-ci ildə 43,154 trilyon rubl proqnozlaşdırılır. Xərclər 2025-ci ildə 41,469 trilyon rubl, 2026-cı ildə 44,022 trilyon rubl, 2027-ci ildə isə 45,915 trilyon rubl səviyyəsində gözlənilir.

Beləliklə, federal büdcə kəsiri 2025-ci ildə 1,173 trilyon rubl, 2026-cı ildə 2,181 trilyon rubl, 2027-ci ildə isə 2,761 trilyon rubl təşkil edəcək.

İnflyasiya səviyyəsinin 2025-ci ildə 4,5 %, 2026 və 2027-ci illərdə isə 4 % olacağı proqnozlaşdırılır.

Dövlət daxili borcunun yuxarı həddi 1 yanvar 2026-cı il tarixinə 29,385 trilyon rubl, 2027-ci il üçün 34,046 trilyon rubl, 2028-ci il üçün 39,004 trilyon rubl təşkil edəcək. Dövlət xarici borcunun yuxarı həddi 1 yanvar 2026-cı il tarixinə 61,1 milyard dollar (55,5 milyard avro), 1 yanvar 2027-ci il tarixinə 59,2 milyard dollar (53,4 milyard avro), 1 yanvar 2028-ci il tarixinə 56,5 milyard dollar (50,9 milyard avro) olacaq.

Oxşar xəbərlər

Rusiya höluməti ölkədə iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb
Rusiya hökuməti ölkədə iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb
“Forbes” Rusiyanın zərərlə işləyən şirkətlərinin reytinqini açıqlayıb
Federal Ehtiyat Sistemi ÜDM artımı ilə bağlı proqnozunu aşağı salıb
ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər