Tbilisidə ictimai nəqliyyata kiberhücum olub, kartla ödəniş terminalları deaktiv edilib - VİDEO
Tbilisinin ictimai nəqliyyatına kiberhücum olub.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, səhər saatlarında ictimai nəqliyyat vasitələrinə quraşdırılmış kartla ödəniş terminalları etirazçıların hakimiyyət və Rusiya əleyhinə şüarlarını, Gürcüstan himnini səsləndirməyə başlayıb.
Kiberhücumla əlaqədar sərnişin ödəniş sistemi şəhər meriyası tərəfindən müvəqqəti deaktiv edilib. Qeyd olunub ki, ictimai nəqliyyatda quraşdırılmış avadanlıqlara texniki dəstək “Bank of Georgia”nın podratçı şirkətləri olan “MS+” MMC və “Azri” MMC tərəfindən göstərilir və sözügedən şirkətlərin nümayəndələri problemlə əlaqədar operativ şəkildə işə başlayıb. Bu müddətdə ictimai nəqliyyatın sərnişinlərə ödənişsiz xidmət göstərəcəyi qeyd edilib.
Oxşar xəbərlər
Gəncədə ictimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edilib
AYNA-dan “BakıKart” tətbiqində yaranan texniki nasazlıq barədə - Açıqlama
AYNA-dan “BakıKart” tətbiqində yaranan texniki nasazlıq barədə açıqlama
Tbilisidə etiraz aksiyası bərpa edilib - FOTO - VİDEO
"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
