sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Gürcüstanın yeni Prezidenti mitinqlərdə maska taxmağı qadağan edən qanunu imzalayıb
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.
Sizinxeber.az xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.
Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska və ya digər vasitələrlə gizlətmək” qadağandır.
Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.
Qanun dərc edildikdən sonra qüvvəyə minib.
Oxşar xəbərlər
Gürcüstanda "Xarici agentlər" qanunu bu gündən qüvvəyə minib
Bu gün Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək
Qazaxda pirotexniki vasitələr satan şəxs müəyyən olunub
Ukrayna Prezidenti Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan edən qanunu imzalayıb
Aİ Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













