Bu gün Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək
Bu gün Gürcüstanın 6-cı Prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, mərasim yerli vaxtla saat 11:00- da, parlamentin iclas zalında baş tutacaq və 40 dəqiqə davam edəcək.
Mixeil Kavelaşvili xüsusi olaraq çap edilmiş və parlamentin muzeyində saxlanılacaq konstitusiya nüsxəsinə and içəcək.
Parlament üzvlərinin, yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin, həmçinin Acarıstan və Abxaziyanın Ali Şurasının, Gürcüstan hökumətinin, konstitusiya orqanlarının nümayəndələrinin, parlamentin nümayəndələrinin daxil olduğu Seçkilər Kollegiyasının üzvlərinin iştirak edəcəyi mərasimə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər.
Xatırladaq ki, Mixeil Kavelaşvili dekabrın 14-də beş il müddətinə Gürcüstanın prezidenti seçilib.
Oxşar xəbərlər
Mixeil Kavelaşvilinin andiçmə mərasiminə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər
Mixeil Kavelaşvili Gürcüstan Prezidenti seçilib
Mixeil Kavelaşvili Gürcüstan Prezidenti seçilib - VİDEO
Bu gün Gürcüstanın yeni prezidentinin inauqurasiyası keçiriləcək
Zurabişvili: Gürcüstan Prezidentinin inaqurasiyasının hüquqi qüvvəsi yoxdur, işləməyə davam edəcəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
