Bu gün Gürcüstanın yeni prezidentinin inauqurasiyası keçiriləcək
Bu gün Gürcüstanın altıncı prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək.
“Report” xəbər verir ki, saat 11:00-da başlayacaq mərasim parlamentin plenar zalında baş tutacaq.
Artıq Kavelaşvilini prezident seçmiş 300 seçicinin hamısına, o cümlədən deputatlara, Gürcü Pravoslav Kilsəsinin nümayəndələrinə, Konstitusiya və Ali Məhkəmələrin rəhbərlərinə, Mərkəzi Seçki Komissiyasına, Acarıstan hökumətinin başçısı Tornike Rijvadzeyə, hökumət üzvləri ilə yanaşı digər rəsmi şəxslərə dəvət göndərilib.
Xarici dövlətlərin Gürcüstanda akkreditə olunmuş səfirləri andiçmə mərasimində iştirak etməyəcəklər. İnauqurasiyaya Kavelaşvili ailəsinin üzvləri dəvət olunub.
Bu günə qədər parlament Kavelaşvilinin and içəcəyi Gürcüstan Konstitusiyasının xüsusi nüsxəsini çap edib. Konstitusiyanın bu nüsxəsi Parlament Muzeyində saxlanılacaq. O, hər dəfə dövlət başçısının andiçmə mərasimində istifadə olunacaq. Bütün mərasimin 40 dəqiqə ilə 1 saat arasında davam edəcəyi gözlənilir.
Gürcüstan Konstitusiyasına görə, Kavelaşvili and içdikdən sonra o, öz hüquq və səlahiyyətlərini rəsmən qəbul edir. Bundan sonra ölkənin hazırkı prezidenti Salome Zurabişvilinin avtomatik olaraq səlahiyyətlərinə xitam verilir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Zurabişviliyə dəfələrlə xəbərdarlıq edib ki, əgər o, Kavelaşvilinin andiçməsindən sonra Prezident sarayını tərk etməsə, ona qarşı dövlət qurumunu qanunsuz ələ keçirdiyinə görə cinayət işi açılacaq.
Oxşar xəbərlər
Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Kavelaşvilinin prezident seçilməsi ölkədə qütbləşməni azaldacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mixeil Kavelaşvilinin andiçmə mərasiminə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın yeni seçilən Prezidenti and içib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












