Makron Fransanın Baş nazirinin istefasını qəbul edib
sizinxeber.az xəbər saytı

Makron Fransanın Baş nazirinin istefasını qəbul edib


Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentinin etimadsızlıq səsverməsindən sonra Baş nazir Mişel Barnierin istefasını qəbul edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Qeyd edək ki, ötən gün Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Mişel Barnier hökumətinə etimadsızlıq haqqında qətnamənin lehinə səs verib.

Nazirlər Kabinetinə etimadsızlıq qərarını 331 deputat dəstəkləyib.

Milli Assambleyanın sədri Yael Bron-Pivet Fransa Konstitusiyasına uyğun olaraq, Mişel Barnierin istefa ərizəsini prezidentə təqdim etməli olacağını bildirib. Etimadsızlıq səsverməsinin elan edilməsi üçün 577 deputatdan azı 289-nun səsi lazım olub.

Xatırladaq ki, bu, 1962-ci ildən bəri ilk belə hadisədir.

Oxşar xəbərlər

Fransa parlamenti hökumətə etimadsızlıq göstərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa parlamenti Baş naziri istefaya göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Fransanın Baş naziri istefasını təqdim etmək üçün Makronla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Figaro: Fransanın baş naziri sabah səhər istefa verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron hökumətə etimadsızlıq səsverməsi halında istefa verməyəcəyini bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər