Figaro: Fransanın baş naziri sabah səhər istefa verəcək
sizinxeber.az xəbər saytı

Figaro: Fransanın baş naziri sabah səhər istefa verəcək


Fransanın baş naziri Mişel Barnier Milli Assambleyada etimadsızlıq səsverməsindən sonra dekabrın 5-i səhər saatlarında istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcək.

Sizinxeber.az xər verir ki, bu barədə “Le Figaro” qəzeti Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə Mişel Barnierin cümə axşamı səhər Yelisey sarayında istefasını rəsmən təqdim edəcəyi gözlənilir.

Bundan əvvəl BFMTV Fransa prezidentinin Barnier hökumətinə etimadsızlıq səsverməsindən sonra 24 saat ərzində yeni baş nazir təyin etmək niyyətində olduğunu yazmışdı.

Sentyabrın 5-də baş nazir təyin edilən 73 yaşlı Barnierin hökuməti ölkə tarixində ən qısa hökumət oldu və o cəmi 90 gün davam etdi.

Oxşar xəbərlər

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada parlamentin hökumətə etimadsızlığından sonra Makronun istefası tələb olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa parlamentariləri hökumətə etimadsızlıq səsverməsi keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa parlamenti hökumətə etimadsızlıq göstərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa parlamenti Baş naziri istefaya göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər