sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
KİV: Fransanın Baş naziri istefasını təqdim etmək üçün Makronla görüşüb
Fransanın Baş naziri Mişel Barnier etimadsızlıq səsverməsindən sonra istefa ərizəsini təqdim etmək üçün Prezident Emmanuel Makronla görüşüb.
APA-nın AFP-yə istinadən xəbərinə görə, Mişel Barnier istefasının rəsmiləşdirilməsi üçün yerli vaxtla səhər saat 10:00-dan sonra Yelisey Sarayına gedərək Prezident Emmanuel Makronla görüşüb.
Lakin hələ də onun istefası ilə bağlı rəsmi məlumat verilməyib.
Üç ay əvvəl bu vəzifəyə təyin olunan Barnier istefası təsdiqləndikdən sonra müasir Fransa tarixində ən qısa müddətli Baş nazir olacaq.
"Reuters" isə öz mənbələrinə istinadən məlumat yayıb ki, Makron Barnierin yerinə tez bir zamanda təyinat etmək niyyətindədir.
Oxşar xəbərlər
Figaro: Fransanın baş naziri sabah səhər istefa verəcək
Fransada parlamentin hökumətə etimadsızlığından sonra Makronun istefası tələb olunur
Fransada Makrona qarşı etiraz aksiyası keçirilir
Fransa parlamentariləri hökumətə etimadsızlıq səsverməsi keçirəcək
Ərdoğan Makronla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













