Kobaxidze: Gürcüstan parlamentinin müxalifətin legitimliyinə ehtiyacı yoxdur, onu gürcü xalqı verib
Gürcüstan parlamentinin müxalifətin legitimliyinə ehtiyacı yoxdur, legitimliyi gürcü xalqı verib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda jurnalistlərə açıqlamasında bildirib. Hökumət başçısı qeyd edib ki, müxalifətin cəmiyyətin müvafiq hissəsinin verdiyi mandatlardan imtina etməsi öz tərəfdarlarına qarşı təhqir olacaq.
"Parlamentin müxalifətin deyil, gürcü xalqının legitimliyinə ehtiyacı var, mən bunu sizə çox açıq deyə bilərəm. Gürcü xalqı Gürcüstan parlamentinə və parlament çoxluğuna müvafiq legitimliyi verdi”, - Baş nazir qeyd edib.
Qeyd edək ki, Gürcüstan müxalifəti 26 oktyabr seçkilərinin nəticəsini və Gürcüstan parlamentinin legitimliyini tanımaqdan imtina edib.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
Gürcüstan müxalifəti parlament binası qarşısında növbəti etiraz aksiyası təyin edib
Gürcüstan parlamentinin mühafizəsi gücləndirilib
“Gürcü Arzusu” partiyası Avropa Parlamentinin qətnaməsini Gürcüstanın daxili işlərinə kobud müdaxilə adlandırıb
“Gürcü Arzusu” partiyası Avropa Parlamentinin qəbul etdiyi qətnaməni Gürcüstanın daxili işlərinə kobud müdaxilə adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













