Finlandiya Rusiya vətəndaşlarına əmlak almağı qadağan etməyi planlaşdırır
Finlandiya Rusiya vətəndaşlarına əmlak almağı qadağan etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen mətbuat konfransında bildirib,
Onun sözlərinə görə, Finlandiya hökuməti milli təhlükəsizliyi qorumaq məqsədilə Rusiya vətəndaşlarının əksəriyyətinə Şimali Avropa ölkəsində əmlak almağı qadağan etməyi təklif edir.
“Qaydalar Finlandiyaya qarşı mümkün düşmən təsirlərin qarşısını almağa yönəlib” , - Hakkanen qeyd edib.
Təklif edilən qadağa ikili vətəndaşlığı olanlara, Finlandiyada və ya digər Avropa İttifaqı ölkələrində daimi iqamətgahı olan ruslara şamil edilməyəcək.
Sözügedən qadağa parlamentdə səsverməyə çıxarılmazdan əvvəl ekspert məsləhətləşmələrindən keçməlidir.
Oxşar xəbərlər
Finlandiya ərazisində hərbi bazaların yerləşdirilməsi üçün NATO ilə danışıqlar aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
