Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 26-ya çatıb - YENİLƏNİB-6 - VİDEO
İyulun 31-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” ölkənin Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, ölənlərdən üçü uşaqdır.
***
22:20
Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 15-ə çatıb
Sizinxeber.az xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, hücumlar nəticəsində 145 nəfər xəsarət alıb, onlardan 14-ü uşaqdır.
***
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “Telegram”-da paylaşımında Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.
Ölənlərin 1-i uşaqdır.
***
saat 16.10
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində yaralananların sayı 135 nəfərə çatıb, onların arasında 12 azyaşlının olduğu açıqlanıb.
Sizinxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, hazırda 30 nəfərin xəstəxanalarda müalicəsi davam edir.
Həmin zərərçəkənlərdən 5-i uşaqdır.
97 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
***
14:43
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində həlak olanların sayı artıb.
Sizinxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko rusların hücumu nəticəsində 124 nəfərin yaralandığını, 8 nəfərin həlak olduğunu açıqlayıb.
Ölənlərdən 1-i, yaralananlardan isə 10-u uşaqdır.
“Yaralılara lazımi yardım göstərilir. Xilasetmə əməliyyatı davam edir", - deyə Tkaçenko bildirib.
***
11.41
Rusiyanın ötən gecə Kiyevə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yaralananların sayı 82 nəfərə çatıb.
Sizinxeber.az UNIAN-a istinadən xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.
O bildirib ki, yaralıların 44 nəfəri xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar arasında 10 azyaşlı da var ki, onlardan beşinin müalicəsi stasionar şəraitdə davam etdirilir.
Açıqlamada həmçinin, ən azyaşlı yaralının 5 aylıq uşaq olduğu qeyd edilib.
***
10:02
Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə ölən və yaralananların sayı artıb.
Sizinxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, hücum zamanı yaşayış binaları hədəfə alınıb, 6 mülki şəxs ölüb, 50 nəfərdən çoxu isə yaralanıb.
Ölənlərdən 1-i, yarlananlardan isə 9-u azyaşlıdır.
***
08:05
Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə bir nəfər ölüb, 43 nəfər isə xəsarət alıb ki, onlardan 26 nəfəri xəstəxanaya yerləşdirilib.
Sizinxeber.az xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.
Kliçko xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ilə bağlı heç bir məlumat verməyib.
***
07:14
Rusiya ordusu Ukraynanın müxtəlif şəhərlərini dron atəşinə tutub.
Sizinxeber.az xəbər verir ki, bununla bağlı məlumatı Ukrayna ordusunun Hərbi Hava Qüvvələri yayıb.
Məlumata görə Ukraynanın müxtəlif bölgələrində Rusiya ordusuna məxsus pilotsuz təyyarələr qeydə alınır.
Paytaxt Kiyevdə PUA hücumu nəticəsində artıq 8 nəfərin yaralandığı bildirilir ki, onlardan da ikisi uşaqdır. Bunu Kiyev Şəhər Hərbi İdarəsinin rəhbəri Timur Tkaçenko bildirib.
Bundan başqa Kiyevin Solomenski, Svyatoşinski, Svyatoşinski rayonlarında dağıntılar və yanğınlar qeydə alınıb.


width="220" alt="Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 15-ə çatıb, 130-dan çox yaralı var - YENİLƏNİB-5 - VİDEO" />
width="220" alt="Rusiyanın Kiyevə PUA hücumu nəticəsində 11 nəfər həlak olub, 135 yaralı var - YENİLƏNİB-4 - VİDEO" />
width="220" alt="Rusiyanın Kiyevə aviazərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb" />
width="220" alt="Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />