Mark Rütte: ABŞ İrana qarşı əməliyyatında Avropa bazalarından 5 000 uçuş həyata keçirib
sizinxeber.az xəbər saytı

Mark Rütte: ABŞ İrana qarşı əməliyyatında Avropa bazalarından 5 000 uçuş həyata keçirib


NATO-nun baş katibi Mark Rütte bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatının bir hissəsi olaraq Avropa hava bazalarından təxminən 5 000 Amerika təyyarəsi havaya qalxıb və bu, Avropanın Vaşinqtonun hərbi müttəfiqi kimi mühüm rolunu təsdiqləyib.

"Report"un məlumatına görə, M.Rütte bunu "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"Əgər ümumi mənzərəyə baxsanız, görərsiniz ki, Avropa ölkələri öz vədlərini yerinə yetirirlər. Bu, "Epik qəzəb" əməliyyatını dəstəkləmək üçün Avropa hava limanlarından 4 min, bəlkə də 5 minə qədər Amerika uçuşunun həyata keçirilməsinə səbəb oldu", - NATO-nun baş katibi deyib.

Onun sözlərinə görə, Avropa bir daha ABŞ-nin güc proyeksiyası üçün əsas platformaya çevrilib.

Eyni zamanda, Rütte etiraf edib ki, ABŞ-də Avropa müttəfiqlərinin ikitərəfli öhdəliklərini tam yerinə yetirmədiyi ayrı-ayrı hallarla bağlı narazılıqlar qalmaqdadır.

"Mən demirəm ki, məyusluğa səbəb olan ayrı-ayrı hallar mövcud deyil, lakin ümumilikdə mənzərə çox müsbətdir", - o qeyd edib.

NATO-nun baş katibi həmçinin vurğulayıb ki, Avropanın yenidən silahlanma proqramı 300 milyard dollar məbləğində silah sifarişləri sayəsində Amerika müdafiə sənayesinin təxminən 195 min əməkdaşını işlə təmin edir.

Oxşar xəbərlər

Mark Rutte: Avropa müdafiə istehsalını artırmalıdır
FT: Mark Rutte Avropa şirkətləri ilə hərbi istehsalın artırılmasını müzakirə edəcək
NATO Baş katibi müharibəyə hazırlığa çağırıb
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Rutte: NATO müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasını təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər