Kallas: Avropa İttifaqı Çinlə əməkdaşlığa hazırdır
Avropa İttifaqının xarici siyasət işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Brüsseldə keçirilən 13-cü Avropa İttifaqı - Çin strateji dialoqunda görüşüblər.
Sizinxeber.az xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin yaydığı bəyanatda deyilir.
Məlumata görə, Kallas Avropa İttifaqının qlobal çağırışlara cavab olaraq Çinlə əməkdaşlığa sadiqliyini ifadə edib və "Vahid Çin" siyasətini dəstəkləyib.
O, Çin tərəfini ticarətdə mövcud olan tarazsızlığı azaltmağa, Avropa İttifaqına nadir torpaq elementlərinin ixracına qoyulmuş məhdudiyyətləri aradan qaldırmağa çağırıb, həmçinin Çin tərəfinin insan hüquqlarının pozulması və Avropaya qarşı hibrid təhdidlər göstərməsi ilə bağlı narahatlıqlarını bildirib.
Kallas həmçinin Çindən Rusiyanın Ukraynada apardığı müharibədə hər hansı maddi dəstəyi dərhal dayandırmağı və Brüsselin "şərtsiz atəşkəs" tələblərini tam dəstəkləməyi tələb edib.
Görüşdə tərəflər iyul ayının sonunda keçiriləcək Avropa İttifaqı və Çin liderləri sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Oxşar xəbərlər
Kallas: Avropa İttifaqını Çinlə əməkdaşlığa hazırdır
Kaya Kallas: Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır
Kaya Kallas Ararat Mirzoyanı qəbul edəcək
Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
