Murat Yakın: "Bosniya və Herseqovina ilə matçda qələbəyə layiq olduğumuzu göstərdik"
sizinxeber.az xəbər saytı

Murat Yakın: "Bosniya və Herseqovina ilə matçda qələbəyə layiq olduğumuzu göstərdik"


İsveçrə millisi Bosniya və Herseqovina ilə matçda qələbəyə layiq olduğunu göstərib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu İsveçrə yığmasının baş məşqçisi Murat Yakin DÇ-2026-nın qrup mərhələsində Bosniya və Herseqovinaya qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis komandasının oyuna düzgün yanaşdığını bildirib:

"Matç ərzində meydanda enerjini yüksək səviyyədə saxlamaq bizim əsas planımız idi. Dəyişikliklər zamanı sürətli futbolçuları meydana buraxaraq rəqibə təzyiq göstərmək istədik və bu, öz nəticəsini verdi. Oyunun son hissəsində üstünlüyü tam ələ aldıq və qələbəyə layiq olduğumuzu göstərdik".

Qeyd edək ki, İsveçrə Bosniya və Herseqovina millisini 4:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

İsveçrə - Bosniya və Herseqovina oyununun ən yaxşısı müəyyənləşib
İsveçrə millisinin baş məşqçisi Murat Yakın: "Əziyyətinin qarşılığını ala bilməmək acıvericidir"
Kanadanın baş məşqçisi Cesse Marş: "Bosniya və Herseqovina ilə oyundan düzgün nəticə çıxarmalıyıq"
DÇ-2026: İsveçrə - Bosniya və Herseqovina oyunu başlayıb
Jelka Tsviyanoviç: Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər