Aİ Rusiya əleyhinə sanksiyaların müddətini uzadıb
sizinxeber.az xəbər saytı

Aİ Rusiya əleyhinə sanksiyaların müddətini uzadıb


Avropa Birliyi liderləri Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəliblər.

Bu barədə "Report"un Avropa bürosu Avropa İttifaqı Şurası sədrinin mətbuat katibliyinə istinadən xəbər verir.

"Ukraynadakı vəziyyətlə bağlı müzakirələr başa çatıb. Aİ liderləri Ukrayna ilə bağlı qərar qəbul ediblər və Rusiyaya qarşı sanksiyaların 12 ay müddətinə uzadılmasına dair qərar veriblər", - deyə məlumatda qeyd olunub.

Qərar Aİ dövlət və hökumət başçıları tərəfindən əvvəlcə Ukrayna Prezident Volodimir Zelenskinin, daha sonra isə 27 üzv dövlətin liderlərinin iştirakı ilə Ukraynadakı vəziyyətlə bağlı müzakirələrdən sonra qəbul edilib.

Qeyd edək ki, Brüsseldə keçirilən sammitdə Aİ liderləri ilk dəfə olaraq Rusiyaya qarşı bütün sanksiyalar paketini altı ay əvəzinə bir il müddətinə uzatmaq qərarına gəliblər.

Oxşar xəbərlər

Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb
Aİ Rusiyaya qarşı sanksiyalarının müddətini uzadıb - YENİLƏNİB-2
Aİ Rusiyaya qarşı sanksiyalarının müddətini uzadıb - YENİLƏNİB
Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Aİ-nin ali nümayəndəsi Rusiyaya qarşı sanksiyaların uzadılacağına ümid edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər