Peskov Rusiyanın NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini yalanlayıb
Peskov Rusiyanın NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini yalanlayıb.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ər-Riyadda NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini təkzib edib.
“Xeyr, bu doğru deyil. Bizim mövqeyimiz ondan ibarətdir ki, NATO hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsi bizi narahat edir. Bizim bu mövqeyimiz hamıya məlumdur, heç kimə sirr deyil”, deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Rumıniya Prezidentinin müdafiə və milli təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku bildirib ki, Rusiya və ABŞ-ın Ər-Riyaddakı danışıqlarında Rusiya NATO-nun Şərqi Avropa ölkələrindən getməsini tələb edib. Onun sözlərinə görə, ABŞ bu tələbi rədd edib.
Oxşar xəbərlər
Lavrov: NATO qoşunlarının Ukraynaya yeridilməsi Rusiya üçün qəbuledilməzdir
Peskov NATO rəhbərliyinin Putinin bəyanatlarını nəzərə almaq istəməməsini təhlükəli addım adlandırıb
Kreml: Ukraynanın NATO-ya potensial üzvlüyünü təhlükə hesab edirik
Putinin sözçüsü: Türkiyənin NATO-ya üzvlüyü BRİCS-ə üzv olmaq üçün maneə deyil
Peskov: Moskva Gürcüstanın daxili işlərinə qarışmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













