Gürcüstanda “xarici agentlər” qanunu sərtləşdirilir
Gürcüstanda “Xarici agentlərin qeydiyyatı haqqında" qanunda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə cinayət məsuliyyəti müəyyən ediləcək.
APA-nın Tbilisi müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu”nun təqdim etdiyi və ABŞ-də qüvvədə olan FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun sözbəsöz tərcüməsi olduğu bildirilən qanun layihəsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik nəzərdə tutulub.
Təklifə əsasən “Xarici agentlərin qeydiyyatı haqqında qanun”un pozulmasına görə cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qeyd edək ki, ötən il etirazlar fonunda qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunda nəzərdə tutulan tələblərə əməl edilməməsinə görə inzibati cərimələr nəzərdə tutulur.
Oxşar xəbərlər
Gürcüstanda FARA qanunu müzakirəyə çıxarılır
ABŞ-nin “xarici agentlər”lə bağlı qanunu Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Gürcüstanda xarici agentlər haqqında yeni qanun layihəsi hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
