Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistan Dövlət Memarlıq və İnşaat Universitetində Azərbaycan memarlığının görkəmli nümayəndəs Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunan tədbir keçirilib.
"Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti, digər qonaqlar iştirak ediblər.
Tədbirin moderatoru, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Əcəmi Naxçıvanini orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət verən, dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirən böyük sənətkar kimi səciyyələndirib.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, professor Rahibə Əliyevanın "Əcəmi Naxçıvani və klassik Azərbaycan memarlığı" mövzusunda məruzəsi dinlənilib.
Qeyd olunub Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişində diqqətəlayiq yer tutur.
Memarın yaradıcı dühasının məhsulu olan Möminə xatın məqbərəsi və Yusif Küseyir oğlu türbəsi türk-islam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilir. Alim bildirib ki, Əcəminin yaratdığı sənət məktəbi sonrakı dövrlərdə Azərbaycanla yanaşı, Yaxın Şərq ölkələrinin memarlığına da güclü təsir göstərib.
Daha sonra Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov "Səlcuq memarlığı və Əcəmi Naxçıvani" mövzusunda çıxış edib.
Qeyd olunub ki, əgər Səlcuq memarlığı türk-islam memarlığının zirvələrindən hesab edilirsə, onun Azərbaycan qolunun ən böyük nümayəndəsi Əcəmi Naxçıvanidir.
Oxşar xəbərlər
Azərbaycan və Türkmənistan alimləri Səməd Vurğununun ədəbi irsini müzakirə edib
"AzerGold" "Şəhərsalma və Memarlıq İli"ndə yeni xatirə sikkəsi təqdim edəcək
"Naxçıvan – memar Əcəmi irsi" gümüş sikkəsi təqdim olundu
“Naxçıvan – Memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olundu
“Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib
