Almaniyada məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Almaniyada məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb


Münxendə məktəb avtobusu ilə tramvayın toqquşması nəticəsində doqquzu uşaq olmaqla 12 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində tramvay relsdən çıxıb, avtobus ciddi zədələnib. Avtobusun sürücüsünün vəziyyəti ağırdır.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər

İranın şimalında avtobus qəzaya uğrayıb, azı 55 nəfər xəsarət alıb
Almaniyada qıcıqlandırıcı maddənin püskürdülməsi nəticəsində 11 nəfər xəsarət alıb
Mançesterdə iki avtobusun toqquşması nəticəsində 17 nəfər xəsarət alıb
Barselonada iki avtobusun toqquşması nəticəsində 30-dan çox insan xəsarət alıb
Rusiyada sərnişin avtobusu və yük maşını toqquşub, 11 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər