Rumıniyada PUA qalıqları evi və elektrik xəttini zədələyib
sizinxeber.az xəbər saytı

Rumıniyada PUA qalıqları evi və elektrik xəttini zədələyib


Rumıniya ərazisinə daxil olan pilotsuz uçuş aparatlarının (PUA) qalıqları Qalats şəhərində elektrik dirəyini və yaşayış evinin bir hissəsini zədələyib.

"Report" xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, hadisə aprelin 25-nə keçən gecə Rusiyanın Ukrayna ərazisinə hücumu fonunda baş verib. Zərbələrdən sonra dronun qalıqları Rumıniyanın cənub-şərq hissəsinə düşüb.

"PUA-nın qalıqları cənub-şərqdə, Rumıniyanın Qalats şəhərində aşkar edilib. Elektrik dirəyi və evin əlavə tikilisi zədələnib", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
Rumıniya Ukrayna ilə birgə dron istehsalına başlamağı planlaşdırır
Rusiyanın Ukraynaya hücumu nəticəsində 15 nəfər yaralanıb
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Volqoqrada dron hücumu nəticəsində 13 ev, qaz kəməri və elektrik xətti zədələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər