Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
apr
2026
09:50
0
0
1 436
ff aaaaaaa

Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub

17 apr, 2026
09:50
1 436

Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub

Ötən gecə Rusiyanın Ukraynaya qarşı hücumu zamanı bir pilotsuz uçuş aparatı (PUA) Rumıniyanın milli hava məkanını pozub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, radar sistemləri PUA-nı müəyyənləşdirdikdən sonra aparatla əlaqə sərhədə yaxın yerləşən Çiliya Veke kəndinin cənub-şərqində itib.

Xatırladaq ki, Rumıniya Ukrayna ilə 650 km-lik quru sərhədini bölüşür. Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri dəfələrlə Rusiya PUA-larının Rumıniyanın hava məkanını pozması və qalıqların ölkə ərazisinə düşməsi halları qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul