Xankəndidəki müəssisədə illik 25 milyon cüt iş əlcəyi istehsal olunacaq - FOTO
sizinxeber.az xəbər saytı

Xankəndidəki müəssisədə illik 25 milyon cüt iş əlcəyi istehsal olunacaq - FOTO


Xankəndi şəhərində iş əlcəkləri istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Sizinxeber.az-nın Qarabağ bürosunun məlumatına görə, “GP Safety” MMC-yə məxsus müəssisədə müxtəlif təyinatlı 4 növdə iş əlcəyi istehsal olunacaq.

Bildirilib ki, müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcək təşkil edir.

Məhsulların ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsi üçün nəzərdə tutulduğu, gələcəkdə isə Avropa bazarına ixracının planlaşdırıldığı qeyd olunub.

Müəssisədə 35 nəfər işlə təmin ediləcək.

Layihəyə 3,5 milyon manat investisiya yatırılıb. Müəssisənin yaradılmasına dövlət dəstəyi çərçivəsində 1 milyon manat güzəştli kredit ayrılıb. Həmçinin investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat məbləğində ƏDV güzəşti tətbiq edilib.

Qeyd edək ki, müəssisənin fəaliyyətə başlaması Xankəndidə yüngül sənaye sahəsinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və bölgənin iqtisadi potensialının gücləndirilməsinə töhfə verəcək.

Oxşar xəbərlər

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib - FOTO
Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
"Azərsun Holdinq": Cəbrayılda 300-ə yaxın sakin işlə təmin ediləcək
Goranboyda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib - YENİLƏNİB
Prezident Bakıda qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər