BMT rəsmisi: Azərbaycan kimliyi qitələrin və sivilizasiyaların qovşağında formalaşıb
Azərbaycanın kimliyi qitələrin və sivilizasiyaların qovşağında - ideyaların, mədəniyyətlərin və ənənələrin əsrlər boyu bir-birinə qarışdığı məkanda formalaşıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın Müstəqillik Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş qərargahında təşkil olunan rəsmi qəbulda çıxış edən BMT Baş katibinin Kabinet rəhbəri Kortni Ratrey deyib.
Bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Tədbirə digər ölkələrin BMT-dəki daimi nümayəndələri, diplomatlar və yüksək vəzifəli rəsmilər qatılıb.
Qəbulda çıxış edən BMT Baş katibinin Kabinet rəhbəri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Qonaqlara müraciət edən Azərbaycanın daimi nümayəndəsi, səfir Tofiq Musayev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsini vurğulayıb. O, Azərbaycanın BMT-nin əsas sütunları üzrə - Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsindən və insan hüquqlarının təşviqindən tutmuş, beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsinə qədər olan sahələrdə fəal töhfələrini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi türkiyəli həmkarı ilə görüşüb
Brüsseldə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Azərbaycan BMT-dəki nümayəndəsi zimbabveli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
BMT-dəki daimi nümayəndə UNICEF-in regional direktoru ilə uşaqların müdafiəsini müzakirə edib
Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
