Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya GECO layihəsi üzrə növbəti addımları razılaşdırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya GECO layihəsi üzrə növbəti addımları razılaşdırıb


"Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanması yekun mərhələyə daxil olub.

"Sizinxeber.az" "Yaşıl Enerji Dəhlizi" (GECO, "Black Sea Energy") birgə müəssisəsinə istinadən xəbər verir ki, bu barədə CESI şirkətinin baş qərargahında təşkil edilmiş seminarda bildirilib.

Tədbirə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın nümayəndə heyətləri, eləcə də "GECO Power Company" və CESI şirkətlərinin nümayəndələri qatılıb. İştirakçılar iki gün ərzində TİƏ-nin yekun mərhələsinə yaxınlaşdıqca layihənin texniki və strateji istiqamətlərini fəal şəkildə nəzərdən keçiriblər.

Müzakirələr çərçivəsində iqtisadi hesablamaların və xərc-fayda təhlilinin hazırkı vəziyyəti, əldə edilmiş mühüm nəticələr, eləcə də tərəfdaş ölkələr arasında əlavə əlaqələndirmə tələb edən həll olunmamış məsələlər nəzərdən keçirilib. Bundan başqa, layihənin əsas fərziyyələrinin və modelləşdirmə nəticələrinin ətraflı texniki araşdırması həyata keçirilib. Bu təhlil enerji sisteminə inteqrasiya, HVDC infrastrukturunun işləmə qaydaları və dəhlizin formalaşdırılmasının fərqli texniki ssenarilərinə aid məsələləri əhatə edib.

Bununla yanaşı, seminar iştirakçıları layihənin marşrut müəyyənləşdirilməsi məsələsinə, o cümlədən hələ açıq qalan texniki aspektlərə, tərəfdaş dövlətlərin qeydlərinə və irəli sürülmüş marşrutların optimallaşdırılmasına xüsusi diqqət yetiriblər. Tədbir ərzində layihənin müxtəlif potensial biznes modelləri – tənzimlənən, bazar əsaslı və hibrid modelləri, maliyyə qiymətləndirməsinin ilkin nəticələri, habelə maliyyə vəsaitlərinin cəlb edilməsinin ehtimal olunan mexanizmləri araşdırılıb. Seminar əldə edilən başlıca nəticələrin ümumiləşdirilməsi və texniki-iqtisadi əsaslandırmanın başa çatdırılması üçün növbəti mərhələlərin təyin olunması ilə yekunlaşıb.

Qeyd edək ki, bu layihənin həyata keçirilməsi 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış saziş çərçivəsində nəzərdə tutulur. Bu sənəd Avropaya "Yaşıl Enerji Dəhlizi"nin formalaşdırılması yolunda mühüm addım olub.

Xəzər-Qara dəniz-Avropa yaşıl dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 2023-cü il iyulun 25-də Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.

Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 115 km suyun altında və 40 km quruda, gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.

Layihə Avropa İttifaqının qarşılıqlı maraq doğuran layihə (PMI) siyahısına daxil edilib. Avropa Komissiyası onun həyata keçirilməsinə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Oxşar xəbərlər

Bakıda "Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə nazirlərin iclası keçiriləcək
“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin “Yol Xəritəsi” nəzərdən keçirilib - YENİLƏNİB
Bolqarıstan “Black Sea Energy” layihəsində pay almağı planlaşdırır
Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Nazirlər Görüşü keçirilib
“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin “Yol Xəritəsi” nəzərdən keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər