Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib
sizinxeber.az xəbər saytı

Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib


Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən əhalinin ixtiyarına verilib.

"Report"un Prezidentin izi ilə Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, divarlarında aşınmalar və zədələnmələr aşkar edilən mərkəzdə yenidənqurma işləri aparılıb.

Əsaslı təmir edilən Mədəniyyət Mərkəzi yenidən qurularaq istifadəyə verilib. Burada kino və səhnə fəaliyyəti, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, təlim, məşğələ, yaradıcılıq, inzibati idarəetmə, həmçinin turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.

Üçmərtəbəli binada müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, akt və kino zalları, kassa və suvenir mağazası, bufet fəaliyyət göstərəcək. 348 yerlik tamaşamı yeri olan mərkəzdə film nümayişi, tamaşa, təqdimat, konsert, rəsmi görüş və digər tədbirlərin keçirilməsi üçün, yüksək şərait təmin edilib.

Qeyd edək ki, mərkəz şəhərdə kütləvi tədbirlərin keçiriləcəyi əsas məkanlardan biri olacaq.

Oxşar xəbərlər

Prezident Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Sarıcalı kəndində çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək
Prezident Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub
Mərkəzi Nəbatət Bağının təmiri zamanı ərazidə yerləşən bir neçə qanunsuz tikililər sökülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər