Ukrayna ABŞ-da liderlər səviyyəsində mümkün görüş formatlarını müzakirə edib
sizinxeber.az xəbər saytı

Ukrayna ABŞ-da liderlər səviyyəsində mümkün görüş formatlarını müzakirə edib


Kiyev ABŞ-da müharibənin yekunlaşdırılması üçün liderlər səviyyəsində mümkün görüş formatlarını müzakirə edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun ABŞ-da keçirdiyi görüşlərin nəticələrinə həsr olunmuş paylaşımında Zelenski yaxınlarda əsirlərin mübadiləsinin mümkün ola biləcəyini qeyd edib.

“Əsas məqam ondan ibarətdir ki, ABŞ diplomatik prosesdə qalır və xüsusilə əsirlərin mübadiləsi məsələsində vasitəçi rolunu oynayır. Müvafiq səviyyədə əlaqələr davam edir ki, mübadilə razılaşmasının formatı uzlaşdırılsın. Siyahılar təqdim edilib və Ukrayna tərəfi ABŞ-ın bu razılaşmanın icrasında aktiv rol oynayacağını gözləyir”, - o vurğulayıb.

Oxşar xəbərlər

Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
Zelenski ABŞ-da keçiriləcək danışıqların mövzusunu açıqlayıb
Zelenski: Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq
Zelenski: Biz Putinlə üçtərəfli görüşlərə hazırıq
Zelenski avqustun 18-də Vaşinqtonda Trampla görüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər