Zelenski avqustun 18-də Vaşinqtonda Trampla görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda görüşməyi planlaşdırdığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə Zelenski Tramp və Avropa liderləri ilə telefon danışığından sonra "Telegram" kanalında yazıb: "Bazar ertəsi Vaşinqtonda Prezident Trampla münaqişəyə son qoymağın bütün detallarını müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram".
Zelenski əlavə edib ki, söhbət saat yarım davam edib və mənalı olub. Onun sözlərinə görə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların əsas məqamlarını açıqlayıb.
"Biz Trampın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və üçtərəfli formatın buna uyğun olduğunu vurğulayır", - Zelenski qeyd edib.
O, həmçinin ABŞ-la birlikdə etibarlı təhlükəsizlik naminə Avropanın danışıqların bütün mərhələlərdə iştirakının vacibliyini qeyd edib.
Oxşar xəbərlər
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Zelenski Trampla görüşmək niyyətindədir
Zelenski: Biz Putinlə üçtərəfli görüşlərə hazırıq
Zelenski və Makron Putinlə mümkün görüşü müzakirə ediblər
Zelenski Fransaya səfər edib, Trampla görüş keçirə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













