sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşdən sonra bildirib.
Zelenskinin sözlərinə görə, İstanbulda keçirilən son görüşdə əldə olunan razılaşmalar icra olunur, əsir mübadiləsi istiqamətində dialoq davam edir və növbəti mübadilə üzərində iş gedir.
Prezident qeyd edib ki, danışıqlar dinamikasını gücləndirmək lazımdır və Rusiya qərarlardan yayınmaqdan əl çəkməlidir.
"Sülhün təmin olunması üçün liderlər səviyyəsində görüşə ehtiyac var. Ukrayna belə bir görüşə hazırdır,” – deyə Zelenski vurğulayıb.
Oxşar xəbərlər
Zelenski: Aprelin 23-də Londonda Ukrayna üzrə danışıqlar keçiriləcək
Zelenski: Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün silah göndərir
Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram
Ukrayna Prezidenti ABŞ-ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb
Zelenski: Ukrayna istənilən formatda danışıqlara hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













