Tramp Zelenski, Aİ və NATO liderlərini Putinlə danışıqlar barədə məlumatlandırıb
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra Avropa İttifaqı və NATO liderləri ilə telefonla danışıb.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Tramp Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutteyə Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüşün nəticələri barədə məlumat verib.
"Prezident Tramp Ursula fon der Leyen, Avropa liderləri və NATO-nun baş katibi ilə telefon danışığı aparıb", - məlumatda deyilir.
Ağ Evdən bildirilib ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb. ABŞ lideri ukraynalı həmkarını danışıqların nəticələri barədə məlumatlandırıb. Tramp Zelenskini avqustun 18-də Vaşinqtona səfərə dəvət edib.
Oxşar xəbərlər
Tramp Zelenski və NATO ölkələrinin liderləri ilə telefonla danışıb - YENİLƏNİB
Tramp: Ukrayna üzrə sülh sazişi atəşkəsdən daha yaxşıdır - YENİLƏNİB-2
Tramp Zelenski ilə telefon danışığı aparıb, indi NATO ölkələrinin liderləri ilə söhbət edir - YENİLƏNİB
Tramp Zelenski ilə telefon danışığı aparıb
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
