Makron və Pezeşkian arasında telefon danışığı olub
sizinxeber.az xəbər saytı

Makron və Pezeşkian arasında telefon danışığı olub


Fransa Prezidenti Emmanuel Makron və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bununla bağlı Makron özünün "X" hesabında xəbər verib.

O bildirib ki, telefon danışığı zamanı Pezeşkiandan İranda həbsdə olan Fransa vətəndaşlarının azad olunmasını tələb edib: “İran prezidenti mənə zəng edib. Mən ondan Sesil Kohler və Jak Parisin azad olunmasını tələb etdim. Biz onların Fransaya qayıtmasını gözləyirik".

Fransa Prezidenti bildirib ki, telefon danışığı zamanı İranın nüvə proqramı ilə bağlı dərin narahatlığını ifadə edib.

"Məqsədlərinin dinc olduğunu sübut etmək İranın öhdəliyindədir. Mən əminəm ki, müharibəni dayandırmaq üçün yol var. Buna görə də biz avropalı tərəfdaşlarımızla birlikdə İranla danışıqlarımızı sürətləndirəcəyik”, - deyə Makron paylaşımında vurğulayıb.

Oxşar xəbərlər

Makron və Netanyahu arasında telefon danışığı olub
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
Makron Pezeşkiyanı danışıqlar masasına qayıtmağa çağırıb
Makron İvanişviliyə zəng vurub, telefon danışığı 1 saat davam edib
Makron Trampla telefon danışığı aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle